Fransa səfiri: “Bu il Fransa Azərbaycana 250-300 milyon avro civarında məhsul ixrac edib” EKSKLÜZİV-AÇIQLAMA
"Təəssüflər olsun ki, Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi balanslaşdırılmayıb". Bunu SİA-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.
Səfir bildirib ki, keçən il Fransa Azərbaycandan 3.5 milyard avro dəyərində neft məhsulları alıb, idxalı isə 160 milyon avro civarında olub: "Bu il Fransa Azərbaycana 250-300 milyon avro civarında məhsul ixrac edib. Ümid edirik ki, ticarət dövriyyəsinin həcmi gələcəkdə yenə də artacaq".
Səfir vurğulayıb ki, yalnız idxal-ixraca fikir vermək lazım deyil, çünki, Fransa bir çox layihələri Azərbaycanda həyata keçirir: "Azərbaycanda elə şirkətlərimiz var ki, onun ölkənizdə fəaliyyəti 500 milyon avronu əhatə edir və bu şirkətdə 1000-dən çox işçi çalışır. Sevindirci haldır ki, onların 80 faizi azərbaycanlılardır".
P.Mönye qeyd edib ki, gələn ildən başlayaraq Fransa Azərbaycanda metro tikintisi və kosmik əməkdaşlıq sahəsinə investisiya yatıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB