ƏƏSMN: "4000-ə yaxın əlil avtomobillə, 5000-ə yaxın əlil isə mənzillə təmin olunub" AÇIQLAMA
"Hazırda əmək pensiyası alanların 27%-i, sosial müavinət alanların 56%-i, prezident təqaüdü alanların isə 52% -i əlilliyi olan şəxslərdir". Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) SİA-ya verilən məlumatda bildirilib.
Məlumata əsasən, cari ilin oktyabr ayının 1-nə olan statsitikaya görə, ölkədə 461,7 min nəfər əlil var və onların sosial müdafiəsi müxtəlif istiqamətlərdə həyata keçirilir: "Müxtəlif sosial ödənişlər sistemi Respublikada əlilliyi olan şəxslərə əmək pensiyaları, sosial müavinətlər və prezident təqaüdləri təyin olunub və bu təqaüdlər ödənilir. Əlillər üçün sosial xidmətlərin təmin olunması – "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən tənha əlillərə həm evlərdə, həm də müəssisələrdə sosial xidmət göstərilir. Hazırda ölkədə əlillərin 14 reabilitasiya mərkəzi fəaliyyət göstərir. Əlillərin reabilitasiya mərkəzlərində hər il orta hesabla 8000 nəfərə yaxın əlil dövlət hesabına tibbi-sosial reabilitasiya olunur, 6000 nəfərə yaxın əlil isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olunurlar. Bundan başqa, əlillərin məşğulluğu zamanı müəssisələrdə işə götürənlər üçün ümumi işçi sayının 5 faizindən artıq olmamaqla kvotalar nəzərdə tutulub".
ƏƏSMN əlillərin mənzil və avtomobillərlə təmin olunması məsələsinə də aydınlıq gətirib. Bildirilib ki, hazırkı dövrədək 4000-ə yaxın əlil avtomobillərlə, 5000-ə yaxın əlil isə mənzillərlə dövlət hesabına təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB