Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin akademik tərəfdaşı olduğu "II illik Frankfurt Qaz Forumu" öz işinə başlayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransın ilk günü "Cənub Qaz Dəhlizinin hazırkı Problemləri və Gələcək Perspektivləri" mövzulu panelində "Cənub Qaz Dəhlizi üçün planlaşdırılan sərmayələr hansılardır?", "Cənub Qaz dəhlizi avropalıların qaz təminatında təhlükəsizliyi necə möhkəmləndirə bilər?", "SCP-TAP-TANAP: vahid kəmər olaraq fəaliyyət göstərə bilərmi?", "TANAP layihəsinin problemləri nələrdir?", "Şərqi Araliq Qazı AB-yə: Ticari Perspektivlər və Problemlər" mövzulu panelində "İsrail AB-yə nə qədər qaz ixrac edəcək?", "AB-də hansı miqdarda qaza ehtiyac var və bu haradan idxal olunacaq?", "Cənub Dəhlizində qaz infrastrukturuna sərmayə imkanları hansılardır?", "Cənub axınının hazırkı inkişafı nədir?", "Avropa-Rusiya təbii qaz münasibətlərində geosiyasi problemlər nələrdir?" və s. mövzuları müzakirə olunub.
Qeyd edək ki, tədbirdə dünya səviyyəli siyasətçilər, beyin mərkəzlərindən tanınmış ekspertlər, neft – qaz sahəsindən nüfuzlu iş adamları, yüksək vəzifəli məmurlar və s. iştirak edir. Konfrans öz işini bu gün, 12 dekabr 2013-cü il tarixində davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB