“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2595 nömrəli quyu qazmadan sonra istismara verilib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən qirməki üstü gilli horizontuna qazılan quyu 2242-2224 metr intervaldan fontan üsulu ilə sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə