İlham Şaban: “BP və digər neft şirkətləri TANAP-dan pay almaq niyyətindədir”
"Bir çox ölkələr Rusiya qazından asılıdırlar. TANAP layihəsinin həyata keçirilməsi isə həmin ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində mavi yanacaq təminatına görə, Rusiyadan asılı olan dövlətlərin təchizatı 30-50 faizədək azaldacaq: "Bu isə Avropa Birliyinin qəbul etdiyi enerji təhlükəsizliyi siyasətini həyata keçirməsi deməkdir. Bu dövlətlər özlərini 5 il müddətinə stabil olaraq mavi yanacaqla təmin edəcəklər. Azərbaycan birbaşa Avropa enerji təhlükəsizliyi siyasətinin həyata keçirilməsinə öz töhfəsini vermiş olacaq".
İlham Şaban bildirib ki, TANAP layihəsinə Türkiyədən başqa Ukrayna da rəsmən qoşulmaq istəyini bildirib: "TANAP layihəsində iştirak etmək üçün Ukraynadan başqa hələlik heç bir dövlət addım atmayıb. Noyabr ayında Azərbaycan Prezidentinin Kiyevə səfəri zamanı Ukraynanın Dövlət Neft Şirkəti və ARDNŞ arasında işçi qrupunun yaradılması haqqında memorandum imzalanıb. Burada söhbət Ukraynanın TANAP-a qoşulmasından deyil, TANAP vasitəsilə qaz almasından gedir. TANAP layihəsi çərçivəsində BP və digər neft şirkətləri bu layihədə iştirak etmək məqsədilə müraciət ediblər. Hazırda bu kəmərdən BP şirkəti 12%, "Statoil" 12%, "Total" isə 5% pay almaq niyyətindədir. İlin sonuna kimi bu məsələlərin həll olması gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB