Vüqar Bayramov AB-nin Şərq Tərəfdaşlığı Proqramının həmsədri seçilib

Vüqar Bayramov AB-nin Şərq Tərəfdaşlığı Proqramının həmsədri seçilib

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Vüqar Bayramov şəxsi "facebook" səhifəsində yerləşdirib. Məlumatda bildirilib ki, bununla da iqtisadçı-ekspert Vətəndaş Cəmiyyəti Forumunun tarixində ilk azərbaycanlı rəhbər olacaq.

Vüqar Bayramov həm də noyabrın 29-da Litvanin Prezidenti xanım Dalia Grybauskaite ilə Şərqi Tərəfdaşlıq Proqramına üzv olan ölkələrin aparıcı ekspertləri qismində görüşüb. Bu barədə Vüqar Bayramov şəxsi "facebook" səhifəsində yazıb: "Prezident ilə görüşə Litvanın Prezident Administrasiyası tərəfindən mənim də dəvət edilməyim qürürverici idi. Görüşdə hər bir ölkə ilə bağlı ayrıca müzakirələr aparıldı. 1 saatdan artıq davam edən görüşdə xanım Grybauskaite Azərbaycan ilə bağlanan viza sadələşdirilməsi anlaşmasını yüksək qiymətləndirirərək Avropa Birliyinin bizim ölkə münasibətlərə önəm verdiyini dedi. Görüşdə müzakirə edilən məsələlər ilə bağlı mətbuata məlumatın verilməməsi razılaşdırıldığı üçün əlavə informasiya yaza bilməsəm də Litva Prezidentinin Vilius samitində zaman taparaq ekspertlər ilə görüşməsi ciddi qiymətləndirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə