Bakı-Tbilisi-Qars XXI əsrin ən böyük mühəndislik layihəsi olacaq

Bakı-Tbilisi-Qars XXI əsrin ən böyük mühəndislik layihəsi olacaq

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi malların Çindən Avropaya daşınmasında zaman ixtisarına səbəb olacaq. Bu dənizlə daşınma ilə müqayisədə 20 günə başa gələcək. Buna görə də iqtisadi aktivlik, iqtisadi əməkdaşlıq baxımından vacib təsirləri var. Dünyada səmərəliliyin artırılması baxımından atılan istənilən addım alqışlanır. Birləşmiş Krallıq bu dəmiryol xəttinin ən axırıncı uzaqlığındadır. Buna baxmayaraq bu xətt XXI əsrin ən böyük mühəndislik layihəsi olacaq. Bunu Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Çarlz Hendri bildirib.

Onun sözlərinə görə, işləri həyata keçirmək üçün daha cəld olmaq baxımından çox böyük iqtisadi üstünlüyü var: "Əgər sən istehsalçıdan məhsulu bazara bir ay deyil, bir neçə günə daşıya bilirsənsə və ödəniş də daha tez olursa, bu böyük iqtisadi xeyir verir. Mən hesab edirəm ki, əsas problem bu qatarların sərhədlərdən keçməsi zamanı yarana bilər. Onlar böyük ölkələrin geniş boş ərazilərindən daha sürətlə keçə bilər. Əgər onlar sərhədlərdə bir neçə gün ləngiyəcəklərsə və ölkələrin sayını da nəzərə alsaq, zaman itkisi olacaq. Bu sadəcə fiziki infrastruktur deyil, bu idarə olunmalı olan, bürokratik infrastrukturdur. Daha qısa miqyasda biz La-Manş tuneli timsalında belə bir xəttin necə təsir etdiyini və hansı üstünlük verdiyini gördük. Dəmir yol xətti etibarlıdır, dövrəlidir, asandır. Rahatlıq və proqnozlaşdırma baxımında qatarlarla daha çox iş görülür. Bu layihə ümid edirəm ki, ağlabatan vaxt qrafiki irəli sürəcək və ağlabatan iqtisadi faktor olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə