Hesablama Palatası səlahiyyətlərini genişləndirir

Hesablama Palatası səlahiyyətlərini genişləndirir

"Son dövrlər Hesablama Palatasında işlərin təşkili, formalaşması ilə bağlı bir çox işlər görülüb. Bundan sonra da bütün bu işlər davam etdiriləcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasına sədrlik vəzifəsinə namizədliyi ilə sürülən Vüqar Gülməmmədov qurumun qarşıda duran işlər barədə danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Hesablama Palatasının qanunvericilik aktlarının müvafiq təkmilləşmənin aparılması, onun statusunun, müstəqilliyi ilə bağlı əlavə təkliflər hazırlanır: "Bundan başqa, "Vahid maliyyə nəzarəti haqqında" qanun layihəsi üzərində işlər gedir. Adıçəkilən qanun layihəsinin gələn il üçün hazır olacağı nəzərdə tutulub. Burada kənar və daxili auditin sərhədlərinin çərçivələrinin müəyyələşdirilməsi əsas yer tutur".

Qeyd edək ki, yeni sədrliyə namizədliyi irəli sürülən Vüqar Gülməmmədov Hesablama Palatası Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə