Azərbaycanda 2012-ci il də Standartlaşdırma və Metrologiya üzrə Dövlət Komitəsi tərəfindən halal məhsulların istehsalı üçün müvafiq standartlar yaradılıb. Lakin bu standartlar hələdə tətbiq olunmur.
SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyib.
O bildirib ki, bu yaxınlarda Türkiyənin İstanbul şəhərində 60 müsəlman dövlətinin iştirakı ilə halal məhsulların istehsalı ilə bağlı ilk beynəlxalq konfrans keçirilib: "Halal məhsul" adı altında istehsal olunan məhsullarda vəziyyət ağır olaraq qalır. Bu sahə üzrə kolbasa və sosiska çeşidlərində problemlər daha çoxdur. Bu gün təkcə Azərbaycanda deyil, bütün islam ölkələrində halal məhsullara aid problemlər hələ də mövcuddur. Qeyd edim ki, hazırda halal məhsulların dünyada dövriyyəsi 3 trillion dollar təşkil edir və kifayət qədər azdır. Bu problemlərin aradan qaldırılması üçün müsəlman ölkələri lazımi tələbkarlıq göstərmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB