Ceyhan limanından 1 milyon 555 min 816 ton xam neft ixrac edib

Ceyhan limanından 1 milyon 555 min 816 ton xam neft ixrac edib

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin oktyabr ayında Novorossiysk limanından 169 min 321 ton, Supsa limanından 242 min 259 ton, Ceyhan limanından 1 milyon 555 min 816 ton xam neft ixrac edib. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 496 min 839 ton, Supsa limanından 2 milyon 322 min 232 ton, Ceyhan limanından isə 16 milyon 450 min 285 ton xam neft ixrac edilib.

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə