Ali təhsildə qrant maliyyələşməsi ilə bağlı tövsiyə sənədi hazırlanıb
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının "Ali təhsilin iqtisadiyyatı" komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən "Ali təhsildə qrant maliyyələşdirilməsi mexanizminin formalaşdırılmasına dəstək Layihəsi" çərçivəsində hazırlanmış tövsiyə sənədinin təqdimatı keçirilib. SİA xəbər verir ki, sənəd ali təhsildə qrant maliyyələşdirilməsi ilə əlaqədar ümumi məlumatı, Azərbaycanda ali təhsildə qrant maliyyələşməsinin vəziyyəti, bu sahədə beynəlxalq təcrübə, dünya təcrübəsində universitetlərin qrant mənbələri və qrantların cəlb olunması yolları, layihə çərçivəsində keçirilən müsahibə və qrant maliyyələşməsi sahəsində tövsiyələri özündə birləşdirir.
Tədbirdə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev hazırlanan sənəd barədə məruzə ilə çıxışında bildirib ki, hazırda ölkə üzrə ali təhsil sahəsində qrant maliyyələşməsi məhdud vəziyyətdədir: "Bu vəziyyəti beynəlxalq sistemlə müqayisə etsək ali təhsil sahəsində qrant maliyyələşməsi sahəsində qarşıda duran məsələlərin kifayət qədər olduğu görərik. Hazırlanan tövsiyə sənədində həm dövlətin, həm universitetlərin, həm beynəlxalq təşkilatların, həm də özəl sektorda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin elmin inkişafına, tələbələrin təhsil haqlarının ödənilməsinə və təhsilini davam etdirmələrinə ediləcək yardımlar barədə məlumat öz əksini tapıb".
Qeyd edək ki, tövsiyə sənədi Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil Komitəsi, Prezident Administrasiyasının humanitar məsələlər şöbəsi, Prezident yanında Elmin İnkişaf Fondu, dövlət və özəl universitetlərə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB