21-25 oktyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Mahir Hümbətov "Avropada İqtisadi və Monetar İnteqrasiya" (Economic and Monetary İntegration in Europe) adlı təlimdə çıxış etmək üçün Vyanaya səfər edib. SAM-dan SİA-ya verilən məlumata görə, səfər Avstriya Mərkəzi Bankı, Maliyyə Nazirliyi və Müştərək Vyana İnstitutunun (Joint Vienna İnstitute) dəvəti ilə baş tutub.
Qeyd edək ki, tədbirdə "Avropada iqtisadi siyasət", "Avropa Birliyi qurumları", "Avropada iqtisadi idareetme", "Avropa borc böhranı", "Avropada böhranın həlli yolları və mexanizmləri", "Monetar siyasət və böhran həlli", "Beynəlxalq Valyuta Fondu böhran idarəetməsi", "Avropa maliyyə stabilliyi və nəzarəti", "Avropa Birliyi və MDB ölkələri arasında əlaqələr", "Avropa Qonşuluq Siyasəti" və s. kimi mövzuların müzakirəsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB