Mərkəzi Bankın rüblük elektron jurnalının növbəti sayı hazırlanıb
Azərbaycan Respublikası Mərkəzi Bankının "Mərkəzi Bank və İqtisadiyyat Jurnalı: Məqalələr və tədqiqat işləri silsiləsi" adlı rüblük elektron jurnalının növbəti sayı hazırlanıb. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, jurnalın bu sayı da maliyyə-bank sektorunun və iqtisadiyyatın müxtəlif sahələrinin nəzəri-praktiki aspektlərini, qlobal iqtisadi proseslərin, iqtisadi inkişafın və iqtisad elminin müxtəlif məsələlərini özündə əks etdirən məqalələri və tədqiqatları əhatə edir.
Geniş oxucu kütləsinə malik olan jurnalın əsas məqsədi peşəkar auditoriyanı müasir iqtisadiyyatla daha dərindən tanış etmək, iqtisadi nəzəriyyə və praktika, empirik iqtisadi tədqiqatların metodoloji məsələləri və ölkə iqtisadiyyatının inkişafı ilə bağlı aparılan tədqiqatların nəticələrini təqdim etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB