Cari ildə abonentlərə 1,4 milyard kubmetr həcmində təbii qaz verilib
İlin əvvəlindən əhali kateqoriyasına aid abonentlərə 1, 4 milyard kubmetr həcmində təbii qaz satılıb. SİA xəbər verir ki, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əhali kateqoriyasından olan abonentlərə 1 milyard 464 milyon 51 min 23 kubmetr həcmində təbii qaz satılıb, qarşılığında 103,96 faiz həcmində vəsait toplanıb. O cümlədən, sentyabr ayı üzrə satılmış 69 milyon 908 min 52 kubmetr təbii qazın qarşılığında toplanan vəsaitin həcmi 121,08 faiz təşkil edib. Bu, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qaz həcmlərinin dəyərinin abonentlər tərəfindən yaz-yay mövsümündə ödənilməsi ilə əlaqədar olub. Nəticədə 2013-cü ilin sentyabr ayı ərzində debitor borc 3 faiz azalıb. 1 yanvar 2013-cü il tarixə mövcud olan debitor borc isə 9 ay ərzində 12,4 faiz azalıb.
Qeyd edək ki, 1 oktyabr 2013-cü il tarixə olan məlumata əsasən, əhali sektoru üzrə 106 min 812 məcburi köçkün ailəsi fasiləsiz olaraq təbii qazla təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB