ABŞ böhrandan xilas oldu LAYİHƏ TƏSDİQLƏNDİ

ABŞ böhrandan xilas oldu LAYİHƏ TƏSDİQLƏNDİ

ABŞ hökumətinin 16 gün müddətində fəaliyyətini dayandırmasına səbəb olan iqtisadi böhran sona çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Konqresi dövlət büdcəsi və dövlət borcunun yuxarı həddi (limit) üzrə razılığını özündə əks etdirən layihəni təsdiqləyib.

Layihə bir neçə saat öncə ABŞ Senatında 18 əlehinə və 81 lehinə səs toplamaqla qəbul edilib. Daha sonra Senatın Nümayəndələr Məclisi də layihəni təsdiqləyib. Layihə Respublikaçıların çoxluq təşkil etdiyi Məclis tərəfindən də 144 əleyhinə və 285 lehinə səs toplamaqla təsdiqlənib.

Razılaşmaya əsasən ABŞ-ın dövlət büdcəsinə 7 fevral 2014-cü il tarixinə qədər borc səlahiyyəti verilib, eyni zamanda 15 yanvar 2014-cü ilə qədər hökumətin sərbəst şəkildə fəaliyyət göstərməsi təmin edilib. Həmçinin razılaşmada cari ilin 13 dekabr tarixinə qədər hər iki partiyanın və Konqres üzvlərinin də iştirak etməsi şərti ilə "ABŞ-ın uzun müddətli maliyyə sabitliyi" layihəsi üzərində çalışacaq Büdcə Konfrans Komitəsinin təsis edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə