Oktyabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,40 dollar və ya 1,4% artaraq 1 barelə görə 103,01 dollar olub. SİA xəbər verir ki, oktyabrın 10-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,74 dollar və ya 2,5% artaraq 111,80 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB