Nazirlər Kabineti 2014-cü il üzrə büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan prezidentinə təqdim olunması barədə qərar verib . Layihədə ölkənin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olmasına xüsusi diqqət yetirilibş. SİA-nın məlumatına görə, sentyabrın 20-də Nazirlər Kabinetində baş naziri Artur Rasizadənin sədrliyi ilə 2014-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.
İclasda çıxış edən A. Rasizadə dövlət büdcəsi layihəsinin son illər ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər və dünya iqtisadiyyatında müşahidə olunan meyllər nəzərə alınmaqla tərtib edildiyini vurğulayıb.
Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirilib.
Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan prezidentinə təqdim edilməsi barədə müvafiq qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB