Avqustda 1,7 milyard kilovatsaat elektrik enerjisi istehsal edilib

Avqustda 1,7 milyard kilovatsaat elektrik enerjisi istehsal edilib

Cari ilin avqust ayında ölkə enerjisistemində 1,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə SİA-ya "Azərenerji" ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib. Məlumata əsasən, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi də davam etdirilib.

Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin ötən səkkiz ayı ərzində isə 14,3 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə