"Azərbaycanda bütün mobil telefonlar kodlaşdırılıb"

"Azərbaycanda bütün mobil telefonlar kodlaşdırılıb"

"Azərbaycanda internet istifadəçilərinin öz domen adlarının avtomatik olaraq provayderlər arasında daşınması məsələsi texnoloji baxımdan artıq həll olunub. Müəyyən hüquqi bazanın formalaşanda bu sistem istifadəyə veriləcək". SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir xatırladıb ki, hazırda Azərbaycanda 40-dan artıq internet provayder fəaliyyət göstərir: "Onlar arasında rəqabətin düzgün təşkili, istifadəçilərin sərbəst seçimi, bir sıra çətinliklərlə rastlaşmamaq üçün yaxın vaxtlarda onlayn qeydiyyat sistemi istifadəyə veriləcək. İstənilən istifadəçi provayderini onlayn rejimdə istənilən vaxt dəyişə biləcək".

"Ölkədə olan bütün mobil telefon və cihazlar Mobil Cihazların Qeydiyyat Sisteminin bazasında qeydiyyatdan keçib. Bu proses üçün əvvəl 3 ay vaxt tələb olunurdusa, hazıra bu rəqəm 1 aya endirilib. Demək olar ki, bütün cihazların İMEİ kodları təyin olunur və beynəlxalq sistemə uyğun şəkildə çalışır", - Əli Abbasov fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə