"2013-cü ilin ötən dövrü ərzində Xaçmaz rayonunda Fondun vəsaitləri hesabına 2150-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 183 milyon manatdan çox güzəştli kredit verilib". SİA-nın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda Xaçmaz rayonunun Xudat şəhərində keçirən tədbirdə çıxışı zamanı belə deyib. O bildirib ki, bu kreditlər hesabına 7500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur: "İndiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1319 investisiya layihəsinin maliyyələşdirilməsinə 109,8 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla) ayrılıb".
Qeyd edək ki, tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən 54 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər əsasən, turizm, heyvandarlıq, quşçuluq, arıçılıq, toxumçuluq, bağçılıq və s. sahələrinin inkişafına yönəldiləcək. Verilmiş kreditlərin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB