Bu gün Holcim sement zavodu bir qrup jurnalist üçün Sənqaçalda yerləşən zavoda ekskursiya təşkil edib. SİA-nın məlumatına görə, zavodla tanışlıq zamanı diqqətə çatdırılıb ki, zavod yüksək standartlara cavab verən sement hazırlayır və yerli bazarın 50 faizini təmin edir. Ekskursiya zamanı qeyd edilib ki, zavodun rəqibləri getdikcə artır. Bunlardan biri də, Qazax rayonunda "Akkord" şirkətlər qrupunun inşa etdiyi sement zavodu olacaq. Şirkətin ictimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə meneceri Rəna Tahirova jurnalistlərə məlumat verib ki, Holcim şirkəti Azərbaycanın tikinti bazarına Qaradağ Sement zavodunun özəlləşdirilməsi və müqaviləyə əsasən üzərinə götürdüyü 27 milyon dollar ABŞ dolları məbləğində investisiya öhdəliyini yerinə yetirməklə daxil olub: "Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük investisiya idi. 2007-ci ilin fevral ayında Holcim şirkəti 1999-cu il öhdəliklərini və hökumətin tələblərini yerinə yetirməklə özəlləşdirmə sertifikatını əldə edib. İqtisadi inkişaf və davamlı inkişaf öhdəliklərini nəzərə alaraq, 2008-ci ildə Holcim mövcud infrastrukturu təkmilləşdirmək və zavodda müasir quru üsul sobasını inşa etmək qərarına gəldi. Həmin ildə keçirilmiş texniki-iqtisadi əsaslandırmadan sonra Holcim şirkətinin Direktorlar Şurası yeni soba layihəsini təsdiqlədi və işlərin başlanmasına razılıq verdi. Avropanın qabaqcıl texnologiyasını qurmaqla, 300 milyon avroluq investisiya Holcim-i tikinti sektorunun lideri mövqeyinə çıxartdı. Yeni sobanın açılış mərasimi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyev və Holcim şirkətinin Baş İcraçı Direktoru cənab Bernard Fontananın iştirakı ilə keçirildi".
Diqqətə çatdırılıb ki, yeni texnologiya istehsalat qurğularının 80%-ni təkmilləşdirdi. İstehsal gücünü 30% artıraraq illik 1,7 milyon tona çatdırmaqla, yanaşı zavod texniki təminat baxımından Avropanın ən müasir zavodlarından biri oldu: "2012-ci ilin aprel ayında şirkət öz adını "Qaradağ Sement"dən Holcim (Azərbaycan) ASC-ə dəyişərək Holcim ailəsinin tam üzvü oldu. 100 illik uğurlu qlobal təcrübəyə əsaslanaraq, sementin istehsal prosesi zavodda yerləşən müasir laboratoriyada mütəmadi olaraq yoxlanılır. Alman və Çin istehsalı olan avadanlıqlarla təchiz olunmuş laboratoriyaya 1 milyon ABŞ dolları məbləğində investisiya yatırılmışdır. Laboratoriya hər iki saatdan bir sement və xammalın analizini həyata keçirir.Beləliklə, sementin keyfiyyəti Holcim (Azərbaycan) üçün çox vacibdir və sözü gedən laboratoriya post-Sovet ölkələri arasında ən qabaqcıldır".
Menecer bildirib ki, beynəlxalq şirkət və tikinti sektorunda Holcim (Azərbaycan) şirkəti ən yaxşı təcrübə və innovasiyaların tətbiqi sahəsində möhkəm zəmin yaradıb: "Sement istehsalı daim bazarın tələblərinə cavab verir.1998-ci ilin sonuna sementin istehsal həcmi sadəcə 230.000 ton təşkil edirdisə, 2012-ci ildə istehsal həcmi illik 1,5 milyon tona qədər artırıldı. Şirkət yaxın illər ərzində bu rəqəmi daha da yüksəltməyi planlaşdırır. Beləliklə, Holcim (Azərbaycan) ASC-nin bazardakı payı 35%-ə yaxındır. İnşaat materiallarına bazar tələblərinin dəyişməsini nəzərə alaraq Holcim (Azərbaycan) müxtəlif sement məhsullarının istehsalında daim çeviklik nümayiş etdirir. Hazırda, Holcim (Azərbaycan) həm qalaq, həm də kisə şəklində 6 növ məhsul istehsal etməkdədir: Optimal, Spesial, Ekspert, Ekspert plus, Solid və Sprint. Bu, müştərilərimizin tələblərini ödəmək üçün vacib öhdəlikdir.
Sonda o da qeyd edilib ki, zavodun tikilməsi bazarda sement qiymətlərinə təsir göstərməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB