Avropadakı iqtisadi böhranı aradan qaldırmaq üçün bir araya gələn Avropa Birliyi Maliyyə nazirləri yekdil qərar qəbul edə bilməyiblər. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, Lüksemburqda toplaşan maliyyə nazirlərinin 18 saatlıq müzakirəsində qitənin bank sektorunda islahatların aparılması önə çəkilib. Maliyyə nazirləri böhran zamanı iflas edən bankların yenidən fəaliyyətə başlaması üçün yardımların aparılması fikri ilə çıxış edib. Lakin tərəflər bu məsələdə ortaq qərara gələ bilməyiblər. Nazirlərin bir qismi bildirib ki, müflisləşən Fransa və İngiltərə banklarının mövcud vəziyyəti araşdırılmalıdır. Həmin bankların yenidən canlandırılması işi hökumətlərin öz ixtiyarına buraxılmalıdır. Lakin Almaniya, Avstriya və Hollandiya maliyyə nazirləri bu problemin həllində ortaq addımların atılması fikrini irəli sürüb.
Qeyd edək ki, tərəflər arasında ortaq qərar qəbul olunmadığı üçün yenidən görüşün keçirilməsi fikri qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB