Beynəlxalq Valyuta Fondu İspaniya iqtisadiyyatında genişlənən böhranla bağlı hesabat yayıb. SİA-nın verdiyi məlumata görə, fondan bildiriblər ki, İspaniya iqtisadiyyatına maliyyə yardımlarının göstərilməsinə baxmayaraq ölkənin xarici ticarətində və məşğulluq sektorunda ciddi problemlər mövcuddur. BVF-dən həmçinin bildiriblər ki, İspaniya hökumət mövcud problemlərin aradan qaldırılması üçün ciddi iqtisadi islahatlara start verməlidir.
İslahatlar çərçivəsində ilk olaraq ölkədə getdikcə böyüyən inflyasiyanın qarşısı alınmalıdır. Bununla da əhalinin getdikcə azalan əmək haqlarını sabit saxlamaq mümkün ola bilər. BVF hesabatında həmçinin qeyd edib ki, ölkənin bank sektorunda getdikcə risklər artır. Bunun qarşısını almaq üçün hökumət yeni iqtisadi proqram üzərində çalışmalıdır.
Qeyd edək ki, hazırda İspaniyada işsizlərin sayı 27 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB