ARDNŞ dövlət büdcəsinə ödəmələri artırıb

ARDNŞ dövlət büdcəsinə ödəmələri artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin may ayında dövlət büdcəsinə 134 milyon 41 min manat vəsait ödəyib. SİA-nın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, büdcəyə ödənən vəsait ötən ilin may ayı ilə müqayisədə 33 milyon 452 min manat və ya 133,3 faiz çox olub.

Bundan başqa 2013-cü ilin yanvar-may aylarında büdcəyə 652 milyon 912 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 135 milyon 123 min manat və ya 126,1 faiz çox olub.

Bununla yanaşı, cari ilin may ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 326 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2013-cü ilin yanvar-may aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 63 milyon 390 min manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə