2013-cü ilin may ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,9% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə 0,1% bahalaşıb.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, xidmət tarifləri 3,3% bahalaşıb.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ölkədə illik inflyasiya 1,4% təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB