Hər bir biznes qurumunun həm cəmiyyət, həm də işçi personalı qarşısında sosial məsuliyyəti olmalıdır. Bunu SİA-ya açıqlamasında Əmək Hüquqları Müdafiə Liqasının icraiyyə komitəsinin sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, mədəni və sivil ölkələrdə bu cür mexanizm mövcuddur: "Biznesin tək məqsədi gəlir əl etmək olmamalıdır. Onlar gəlir əldə etməklə yanaşı cəmiyyətə xeyr verməlidir. Bu, sosial sərmayə proqramları şəkilində olmalıdır. İkincisi, sahibkar öz işçi personalının qayğısına qalmalıdır."
Sahib Məmmədovun sözlərinə görə, hazırda Azərbaycan cəmiyyətində işəgötürən və işçi arasında problemlər var. Onun fikrincə, dövlət əmək sektoru üçün nəzarət mexanizmi qurub. Bundan sonra yalnız işəgötürənin öz işçisinə münasibətində yenilənmə işi aparılmalıdır: "Buna sosial dialoq deyilir. Bir tərəfdə işçi və onu təmsil edən həmkarlar ittifaqı, digər tərəfdə işəgötürən və onun təmsil edən birlik, üçüncü tərəfdə isə dövlət durur. Azərbaycanda sosial dialoq sferasında problem var. Sahibkar öz işçisinə qul kimi baxmalı deyil, ona qayğı göstərməlidir. Sahibkar bu prinsiplərə tam əməl etmədikdə işçilərin hüquqları pozulmuş olur."
Sahib Məmmədovun sözlərinə görə, hökumətin bu sahədə nəzarəti var. Lakin dövlət sahibkar üzərində nəzarəti gücləndirə bilmir. Nəticədə, sahibkarların da hüquqları pozulmuş olur.
Qeyd edək ki, ölkə başçısı sahibkarların hüquqlarının pozulmaması üçün xüsusi sənəd imzalayıb. Dövlət başçısının bu addımı ölkədə sahibkarlığın inkişafına yönəlib. Lakin əksər sahibkarlar prezidentin bu cür humanist addımından sui-istifadə edərək işçilərin hüquqlarını pozur.
Sahib Məmmədov qeyd edib ki, bu problem dövlət tərəfindən deyil, ictimai fəaliyyət nəticəsində aradan qaldırılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB