"Elektron hökumət" portalının mobil versiyası təqdim olunub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mobil versiya xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb. Bu da baxma rahatlığını təmin edir, həmçinin internet trafikə qənaət olunmasını səbəb olur. Saytın səhifələrində qeydiyyatdan keçmək, dövlət strukturlarının elektron xidmətləri ilə tanış olmaq, elektron imza əldə etmək üçün müraciət göndərmək, statistik məlumatları öyrənmək və digər məlumatlar əldə etmək olar.
Qeyd edək ki, "Elektron hökumət" dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. "E-hökumət" vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Burada dövlət xidmətləri vətəndaşa ən asan, ən qısa zaman ərzində çatdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB