23-24 may 2013-cü il tarixində SAM-ın enerji eksperti Gulmira Rzayeva Buxarest Enerji Forumunda məruzə ilə çıxış edib. SİA-ya verilən məlumata görə, G.Rzayeva bildirib ki, Azərbaycan qazı Avropa Cənub Şərq istiqamətində nəql olunarsa, Rumıniya əhəmiyyətli bazar və tranzit ölkə kimi çıxış edəcək.
Bundan əlavə o qeyd edib ki, Avropa bazarı hazırda dəyişməkdədir və dəyişiklik əsasən təchizat, tələbat və qaz qiymətinin normallaşmasında müşahidə olunur. Şah Dəniz konsorsiumu müəyyən Avropa regionlarının bazarlarında baş verən bu dəyişiklikləri nəzərə almalıdır.
Qeyd edək ki, forum Rumıniyanın İqtisadi, Ticarət və Enerji Nazirliyi, "Aspen İnstitutu" və "Adevarul Group" tərəfindən təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB