Ermənistan iqtisadiyyatı batır

Ermənistandakı iqtisadi-sosial böhran getdikcə dərinləşir. SİA-nın verdiyi məlumata görə, Ermənistanın açıqladığı rəsmi statistik rəqəmlər əhalinin həyat tərzinin ağırlaşdığını göstərir. Ölkədəki iqtisadi böhran Ermənistanın milli valyutasına kəskin təsir göstərib. Belə ki, Ermənistan Fond Birjasında 392 erməni dramı 1 dollar həddində dəyərləndirilib. Bundan başqa valyutadəyişmə məntəqələrində 1 dollar 410 drama bərabərdir. Ermənistan maliyyə nazirliyindən verilən məlumata görə, dövlət borcu 4,2 milyard dollara çatıb. Bununla yanaşı ölkənin mərkəzi bankının borcu 546 milyard dollardır. Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi açıqlamalarına görə, ölkənin xarici borcu 3,051 milyard, daxili borcu isə 609 milyon dollardır. Hökumətin 2013-cü ilin proqnozlarına gəldikdə isə bu ilin sonunadək Ermənistanın ümumi borcu 4,394 milyard dollar və ya ÜDM 42,9 faiz həcmində olacaq. Bundan başqa 2013-cü ilin sonuna kimi Ermənistanın daxili borcu 667 milyon dollar həcmində proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə