Youtube kontentə görə ödəniş tətbiq edir

Youtube kontentə görə ödəniş tətbiq edir

YouTube videohostinqi kanallara ödənişli abunələr üzrə pilot layihəsini işə salıb. SİA-nın məlumatına görə, videohostinq nümayəndələri bildiriblər ki, kanallara ödənişli abunələr kontent yaradanlara öz yaradıcılıqlarından gəlir əldə etməyə imkan verəcək.

Pilot layihədə 53 kanal iştirak edir və tam siyahı YouTube-un saytında yerləşdirilib. Aylıq abunə haqqı 99 sentdən başlayır. Bütün ödənişli kanallar abunəçilərə 14 günlük pulsuz sınaq abunəliyə imkan verir. Bundan başqa, ödənişli kanalların əksəriyyəti illik ödəniş edildikdə güzəştlər təklif edir.

Yeni yayım modelinə digər video istehsalçıları qoşulduqca kanalların siyahısı genişlənəcək. Ödənişli abunələr işə salınanadək YouTube-da video yaradanlar üçün əsas gəlir mənbəyi reklam hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə