"Azərbaycanın ilk milli süni telekommunikasiya peyki olan "Azərspace-1"in resurslarından istifadəsinə artıq başlanılıb və hazırda peykin müəyyən hissəsi Şimali Afrika operatorlarına satılıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, artıq "Azərkosmos" ASC kommersiya fəaliyyətinə başlayıb: "Əsas məqsədimiz yerli radio və televiziya kanallarının yayımını sputnik vasitəsilə təmin etməkdir ki, artıq texnoloji işlər başa çatdırılıb. Lakin müəyyən müqavilələrin imzalanmasına, eyni zamanda fərdi şəxslərin antenalarının köklənməsi kimi işlərə ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB