İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı son hesabatında İtaliya hökumətinə xəbərdarlıq edib. SİA-nın Euronews kanalına istinadən verdiyi məlumata görə, Beynəlxalq təşkilatın hesabatında qeyd olunub ki, bu il ölkənin büdcə kəsiri artacaq. 2014-cü ildə isə problemin daha da genişlənəcəyi proqnozlaşdırılır. İtaliya hökumətinin yeni baş naziri Enrico Letta təşkilatın bu hesabatına cavab olaraq bildirib ki, ölkəsi istənilən iqtisadi böhrana hazırdır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbəri Giankarlo Padoan isə öz növbəsində qeyd edib ki, rəsmi Roma ilk olaraq vergi dərəcələrini azaltmalıdır. Əks təqdirdə, İtaliya iqtisadiyyatının 1,5 faiz həddində kiçiləcəyi proqnozlaşdırılır. Hesabatda problemin yaranmasına səbəb kimi İtaliyanın dövlət borcaları göstərilir. İqtisadçı ekspertlərin proqnozlarına görə, 2014-cü ildə İtaliyanın sosial borcları 134 faiz artacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB