Kənd Təsərrüfatı naziri Ucar rayonunda vətəndaşlarla görüşəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, Kənd Təsərrüfatı naziri İsmət Abasov cari ilin may ayının 17-də saat 11:00-da Ucar rayonunda "Aqrolizing" ASC-nin Ucar rayonlararası təshizat bazasının inzibati binasında Ucar, Zərdab, Göyçay, Ağdaş, Kürdəmir rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Ucar rayonuna gəlmələrinin təşkili Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB