"İpoteka kreditinin verilmə müddəti 25-30 ilədək uzadılmalıdır"
"Sosial ipoteka sahəsində ortaya çıxan poblemləri həll etmək, bu sahədəki prosesləri hüquqi cəhətdən tənzimləmək üçün "Sosial ipoteka haqqında" yeni qanuna ehtiyac var. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Onun sözlərinə görə, uzun müddətdir bu qanun layihəsinin hazırlanması istiqamətində müzakirələr gedir, lakin hələ ortada yeni sənəd yoxdur. Buna baxmayaraq, məsələ gündəmdədir.
Komitə sədri deyib ki, bu gün respublikada verilən güzəştli və müxtəlif formalı ipoteka kreditləri bütün təbəqələr üçün əlçatan deyil: "Bununla bağlı tamamilə yeni qanuna ehtiyac var və burada təhsil, sağlamlıq və digər sosial təyinatlı ipoteka kreditləri olmalıdır. İndi sosial ipotekanın verilmə müddətində problemlər var. Kreditin verilmə müddəti 25-30 ilədək uzadılmalı, kreditini verilməsi proseduru sadələşdirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB