Sabah Qazaxıstanın Aktau şəhərinin akimi Edil Janbırişin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək. SİA-nın Azpromonun saytına istinadən verdiyi xəbərə görə,görüşdə Qazaxıstan heyətinə rəhbərlik edəcək Aktau şəhərinin akimi, həmçinin şəhərsalma, tikinti, abadlıq və yaşıllaşdırma işləri, su təchizatı və tullantı suların idarə edilməsi, zibil və bərk tullantıların emalı, ərzaq təhlükəsizliyi, alternativ enerji və digər sektorları təmsil edən Qazaxıstanın Manqistau vilayətinin sahibkarları iştirak edəcəklər.
Tədbirdə iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB