Nəqliyyat naziri Qubada vətəndaşları qəbul edib FOTOLAR

Nəqliyyat naziri Qubada vətəndaşları qəbul edib FOTOLAR

Bu gün nəqliyyat naziri Ziya Məmmədov Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşların problemlərini dinləyib. SİA-nın verdiyi məlumata görə, görüşdə "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov, Dövlət Avtomobilləri Nəqliyyat Xidmətinin Rəisi Çingiz Baxışev, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev də iştirak edib.

Vətəndaşlar əsasən kənd yollarının yenidən qurulması, magistral yolların çəkilişi zamanı pay torpaqlarının yol layihələrinə düşərkən kompensasiyaların ödənilməsi və bəzi hallarda işə qəbulla bağlı müraciətlər ediblər.

Ziya Məmmədov bu tip görüşlərin prezident İlham Əliyevin tapşırığı ilə keçirildiyi bildirib. Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlar paytaxta gələrək problemlərini çatdıra bilmirlər. Nazir bu kimi görüşlərin keçirilməsini müsbət hal kimi qiymətləndirib.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə