Şəmkirin kəndlərinə qaz çəkilişi niyə yarımçıq qalıb

Şəmkirin kəndlərinə qaz çəkilişi niyə yarımçıq qalıb

Bir müddət əvvəl Şəmkir rayonunun Muxtariyyə və Bayramlı kəndlərinə yeni qaz xəttinin çəkilişi aparılsa da işlər naməlum səbəblərdən dayandırılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yaşayış massivlərində işlərin əsas hissəsi görülsə də nədənsə qaz xəttinin çəkilişi təxirə salınıb. Məsələ ilə bağlı Şəmkir rayon Qaz İstismarı İdarəsindən isə bildiriblər ki, nəzərdə tutulan tədbirlər planına uyğun olaraq kəndlərin ilin axırına kimi qazlaşdırılması tam yekunlaşdırılacaq. Başqa sözlə desək əhalinin narahatçılığına ehtiyac duyulmur və işlərə yaxın müddətdə yenidən start veriləcək. İndiki halda xəttlərin çəkilişinin dayandırılmasına gəlincə, qurumdan bunun səbəbini bəzi sənətləşdirmə işləri ilə bağlı olduğu açıqlanıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə