DSMF-nin sədri kimin qonağı oldu? FOTO

DSMF-nin sədri kimin qonağı oldu? FOTO

Bu gün Xəzər- Avropa İnteqrasiya İşgüzar klubunun (CEIBC) üzvləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovla görüşüblər. SİA-nın məlumatına görə, klubun prezidenti və baş icraçı direktoru Telman Əliyev qurumun fəaliyyəti barədə məlumat verərək bildirib ki, CEIBC-nin əsas məqsədi dövlət orqanları və biznes nümayəndələri arasında əlaqəli inkişaf etdirməkdir.

Daha sonra DSMF-nin sədri S.Müslümov "Azərbaycanın sığorta-pensiya sistemində sistem xarakterli dəyişikliklər: inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsi" mövzusunda təqdimatla çıxış edib.

Sədr hazırda DSMF tərəfindən 2 milyon 360 minə yaxın insana fərdi şəxsi hesab açıldığını və bu xidmətdən həmin vətəndaşların hamısının yararlanmaq imkanının olduğunu bildirib: "Hər bir əmək müqaviləsi ilə işləyən vətəndaş DSMF-nin saytına daxil olmaqla (sspf.gov.az, dsmf.gov.az) sığorta edən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kaitalına, həm də işəgötürəninə nəzarət etmək imkanı qazana bilər".

S.Müslümov hazırda pensiya və müavinət təyinatının avtomatlaşdırılması üzrə işlərin sürətləndirildiyini və bu il iyulun 1-dən etibarən pensiyaların avtomatlaşdırılmış təyinatına keçidin nəzərdə tutulduğunu qeyd edib: "Bunun üçün vətəndaşların 2006-cı ilə qədər əmək stajı barədə məlumatı DSMF orqanlarına təqdim etmələri olduqca zəruridir. Hazırda Fond stajların toplanması istiqamətdə işləri daha intensivləşdirib və bu işdə vətəndaşların da aktiv iştirak etməci önəmlidir".

Tədbirdə S.Müslümov klub üzvlərini maraqlandıran sualları cavanlandırıb, mövzu ətrafında müzakirələr aparılıb. Eyni zamanda, DSMF tərəfindən göstərilən elektron xidmətlər tədbir iştirakçılarına nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə