Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) yeni Gəmiqayırma Zavoduna öz ehtiyaclarını təmin etmək üçün gəmilərin tikintisi üzrə sifarişlər vermək niyyətindədir. SİA-nın verdiyi xəbərə görə bun haqda jurnalistlərə açıqlamsında ADXDG rəhbəri Aydın Bəşirov bildirib.
Onun szölərinə görə, təmsil etdiyi qrum hələ sifarişləri verməyib. Buna səbəb zavodun 5 il üçün sifarişlərlə təmin olunmasıdır.
Həmçinin A.Bəşirov bildirib ki, indiyə qədər Gəmiçilik üçün gəmilərin tikintisi üzrə bütün sifarişlər digər ölkələrin gəmiqayırma tərsanələrinə verilirdi. Ancaq Xəzər Dəniz Gəmiçiliyi üçün gəmilərin Dövlət Neft Şirkətinin gəmi qayırma zavodunda tikintisinə başlandıqdan sonra xaricdən gəmilərin alınması dayandırılacaq. Bu həmçinin tikinti işlərinin burada daha ucuz başa gəlməsi ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB