“ARDNŞ qarşıya qoyulan bütün proqram və tapşırıqları yerinə yetirib”

Rövnəq Abdulayev: “Ümid”in sayəsində Azərbaycanın qaza olan tələbatı ən azı 100 il müddətində təmin olunacaq”
“ARDNŞ qarşıya qoyulan bütün proqram və tapşırıqları yerinə yetirib”

Bu il ərzində Azərbaycanda 43,9 mln. ton neft və 27,9 mlrd. kubmetr qaz hasil edilib. SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ölkəmizin əldə etdiyi uğurlar və ümumilikdə 2012-ci ilin yekunları ilə bağlı hesabatında bildirib. Onun sözlərinə görə, 2012-ci ildə ARDNŞ-in qarşısına qoyulan bütün proqram və tapşırıqlar yerinə yetirilib. 2011-ci ilin yekunları ilə müqayisədə Azərbaycan neft hasilatını 3,7% azaldıb, qaz hasilatını isə 8,1% artırıb.

R.Abdullayev Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında ikinci istismar quyusunun işə salınması haqqında məlumat verib. Qeyd edilib ki, yatağın istismarı nəticəsində ölkənin qaza olan tələbatı uzun müddətdə təmin olunacaq: "Ümid"in sayəsində Azərbaycanın qaza olan tələbatı ən azı 100 il müddətində təmin olunacaq".

ARDNŞ-ın prezidenti həmçinin deyib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" strukturunda qaz hasilatına 2020-ci ildən başlanacaq: Ümumiyyətlə, 2020-ci ildə Azərbaycandan təbii qaz ixracının potensialı ildə 25 mlrd. kubmetrə, 2025-ci ildə isə 40 mlrd. kubmetrə çatdırılacaq".

"Şahdəniz" layihəsi haqqında da danışan R.Abdullayev deyib ki, layihənin strukturunun işlənməsi üzrə tərəfdaş şirkətlər 2013-cü il üçün büdcəni təsdiq ediblər. Büdcənin həcmi 6 mlrd. dollar təşkil edir: "Bura yeni blokların inşası, qaz boru kəmərinin tikintisi və s. aiddir. Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinə isə gələn il başlanılacaq.Ümumilikdə, "Şahbəriz-2" layihəsi 28-30 mlrd. dollara başa gələcək. İlk qazın 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində nəqlinə başlanacaq".

Hesabatın sonunda R.Abdullayev tərəfindən ARDNŞ-ın vitse-prezidenti Rəhman Qurbanova şöhrət ordeni və digər neft şirkətinin əməkdaşlarına tərəqqi medalları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə