Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə qısa zaman kəsiyində iqtisadi tərəqqi nəzərə çarpdı. Sürətlə həyata keçirilən infrastruktur layihələri, neft-qaz sənayesinin və onun əsasında digər sahələrin, aqrar-sənaye kompleksinin dinamik inkişafı və Azərbaycan kəndinin simasının dəyişməsi dövlətin möhkəmlənməsinə səbəb oldu. Hələ Sovetlər dönəmində Ümummilli liderin birbaşa rəhbərliyi altında Lənkəranda Xanbulançay su təsərrüfatı kompleksinin tikintisi müvəffəqiyyətlə başa çatdırıldı. Lənkəran rayonunun 6 sovxozu, Astara rayonunun 3 sovxozu və digər təsərrüfatlar su ilə təmin edildi. Nəticədə Lənkəranda faraş tərəvəz istehsalını az bir müddət ərzində 200-250 min tona çatdırmağa, çay və subtropik bitkilər əkinini xeyli genişləndirməyə imkan vermişdi.
Ulu öndərin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. O göstərdi ki, "müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır.." Beləliklə də, Heydər Əliyev Azərbaycanda aqrar islahatın hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu.
Ulu öndərin rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradılmış və həyata keçirilmişdir. Belə ki, 1995-ci ildə "Aqrar islahatının əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" və 1996-cı ildə isə "Torpaq islahatı haqqında" qanunlar qəbul edilməklə MDB dövlətləri arasında ilk olaraq torpaq əvəzsiz olaraq kəndliyə verildi. Ulu öndərin əsasını qoyduğu kurs bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarını stimullaşdırmaq məqsədilə dövlət büdcəsi tərəfindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilməsi bu siyasətin uğurlu davamıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və 16 noyabr 2007-ci il tarixli 181 nömrəli qərarları ilə təsdiq olunmuş "Qaydalar"a uyğun olaraq istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə 40 manat, habelə hər hektar buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına əlavə olaraq 40 manat məbləğində yardımın verilməsi 2007-ci ildən başlayaraq indiyədək davam etdirilir. Görülən tədbirlərin nəticəsində kənd təsərrüfatı məhsulları ilbəil artır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm prezidentimiz İlham Əliyevin aqrar sahədə uğurla davam etdirdiyi siyasətin nəticəsində mümkün olmuşdur.
Dövlətimiz tərəfindən kənd əməkçiləri üçün yaradılan münbit şəraitdən istifadə edərək yaşadığım İstisu qəsəbəsində "Yaşıl çay" kəndli-fermer təsərrüfatı yaratmışam. Əsas məqsədim vaxtilə böyük çayçılıq təsərrüfatı mövcud olan qəsəbəmizdə çayçılığı yenidən bərpa etmək, heyvandarlığı inkişaf etirməkdir. Bu çətin, lakin gəlirli sahəni daha da inkişaf etdirməklə ölkənin ərzaq təminatına öz töhfəmi vermək fikrindəyəm.
Sonda müasir Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar bizim üçün yaratdığı bu gözəl şəraitə görə, ona rəhmət diləyir, ruhun şad olsun, deyirəm. Əlavə olaraq öz adımdan, ailəmin və rəhbərlik etdiyim kollektivin adından bildirmək istəyirəm ki, 2013-cü ildə keçiriləcək Prezident seçkilərində Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm İlham Əliyevə yekdilliklə səs verəcəyik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB