Mebel sahəsi üzrə 9 standart qəbul ediləcək

Mebel sahəsi üzrə 9 standart qəbul ediləcək

İlin sonunadək Azərbaycanda şadlıq evlərinin işinin standartlaşdırılması planlaşdırılır. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Fazil Talıblı deyib.

Onun sözlərinə görə, bu sahədə ekspertiza artıq başlanıb və ilin sonunadək standartın qəbul olunacağı gözlənilir: "Bu sahədə qanunvericiliyin sərtləşdirilməsi üzrə təklif, cərimələrin yüksəldilməsi artıq hazırlanıb və yaxın vaxtlarda baxılması üçün hökumətə təqdim ediləcək".

Talıblı onu da qeyd edib ki, İKT, turizm sahələrində standartlar hazırlanır, sosial məsuliyət sahəsində standartlaşdırma layihələrinin müzakirəsi aparılır: "İlin sonunadək mebel sahəsi üzrə 9 standartın qəbul ediləcəyi gözlənilir. Həmçinin yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə tikinti sahəsində, Sənaye və Energetika Nazirliyi ilə birlikdə isə neft-qaz məhsullarının standartlaşdırılması üzrə texniki komitənin yaradılması gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə