Sammitin yekununa dair Bakı Bəyannaməsi qəbul olundu
Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XII Sammitinin yekununa dair Bakı Bəyannaməsi qəbul olunub. Bundan sonra İƏT mükafatlarının təqdim olunması mərasimi keçirilib.
Müxtəlif sahədə elmi-tədqiqat işlərinə görə ECO mükafatı 8 ölkədən 24 nəfərə verilib. Azərbaycandan iqtisadiyyat sahəsi üzrə bu mükafat Asəf Nadirova təqdim olunub. Əldə olunan razılaşmaya əsasən, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti toplantısı gələn il Pakistanda keçiriləcək.
Sammitin bağlanış mərasimində çıxış edən prezident İlham Əliyev ECO-nun inkişaf edəcəyinə ümid etdiyini deyib: "Bizim təşkilatımız iqtisadi məsələlərə baxsa da, bu gün iqtisadi məsələləri geostrateji məsələlərdən ayırmaq olmaz. Bizim ümumi səylərimiz ümumi uğurlara gətirəcək. Güclü iqtisadiyyat olmadan biz müstəqil ola bilməyəcəyik".
Dövlət başçısı Azərbaycan sədr olaraq növbəti illərdə təşkilatın inkişafına öz töhvəsini verəcəyini deyib. Bununla da İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısı başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB