Milli Məclisin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə olunub. SİA xəbər verir ki, qanuna edilən digər dəyişikliklərə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının əmək pensiyalarına güzəşt tətbiq ediləcək. Belə ki, FHN-də 25 il çalışanlar əmək pensiyasına çıxmaq hüququ qazanacaqlar. Bundan əlavə, əməkdaş vəfat edərsə, onun ailə üzvləri ailə başçısını itirdiklərinə görə əmək pensiyası almaq hüququna malik olacaqlar.

Qanunda digər dəyişiklik ondan ibarətdir ki, FHN-də 5 il çalışan şəxs əmək pensiyasına çıxarsa, əmək haqqının 45 faizini, 5-10 il yenə 45 faiz, 10 ildən çox çalışanlara isə 55 faiz pensiya verilməsi nəzərdə tutulur. Bu insanlar dünyalarını dəyişərsə, onun ailə üzvləri ailə başçısını itirdiklərinə görə əmək pensiyası almaq hüququ yaranacaq.

Bundan əlavə, Milli Məclis yeni qərar qəbul edib. Yeni qərara əsasən, Azərbaycanda İkinci Dünya müharibəsində iştirak edənlərin pensiyaları artırılıb. Belə ki, əvvəl İkinci Dünya müharibəsinin iştirakçıları və veteranlarının pensiyası fərqli hesablansa da, qanuna dəyişikliklə onlar arasındakı fərq aradan qaldırılacaq. Beləliklə, hazırda İkinci Dünya müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə 50 faiz əlavə ödəmə nəzərdə tutulubsa, dəyişikliklə əlavə 90 faiz təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...