Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə Tədbirlər Planına uyğun olaraq, Qara Qarayev prospektində Heydər Əliyev Parkının qarşısında yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir. "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, uzunluğu 44 m, eni 12 m, hündürlüyü isə 3 m nəzərdə tutulan keçidin Heydər Əliyev Parkına və "Diqlas" Ticarət Mərkəzinə tərəf giriş-çıxışı olacaq.
24 m hissəsi tikilən keçiddə hazırda pərdələrin betonlanmasına hazırlıq işləri gedir. Ümumilikdə işlərin 65 faizi görülüb. Tikintinin 2012-ci ildə başa çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB