Neftçilərin nə qədər pensiya alır?

Hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərdən artıqdır. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan verilib. Belə ki, ötən illərdə olduğu kimi, 2012-ci ildə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçı olub.

ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə

sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malikdir. Cari ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 88,3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə