Hacıqabul rayonunda təməli qoyulan Şirvan-Muğan su kəməri layihəsi çərçivəsində 170 kilometr uzunluğunda magistral xəttin inşası nəzərdə tutulub. Yeni kəmər istismara verildikdən sonra Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, Salyan rayonunun 41, Neftçalanın 44, Biləsuvarın 23 və Sabirabadın 13 kəndi su ilə təchiz ediləcək.
"Azərsu" ASC-dən bildiriblər ki, ümumilikdə Şirvan-Muğan su kəmərinin istismara verilməsi ilə 470 min insan, o cümlədən 5 şəhərin 240 min, 121 kəndin 230 min əhalisi keyfiyyətli su ilə təmin olunacaq. Layihəyə uyğun olaraq Şirvan-Muğan su kəmərinin inşası 2013-cü ilin sonunadək yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB