Sentyabrın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,58 dollar və ya 0,6% artaraq 1 barelə görə 97,05 dollar təşkil edib. SİA-nın məlumatına görə, sentyabrın 3-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,21 dollar və ya 1,1% artaraq 115,78 dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB