Bakıda 14-cü Azərbaycan-Almaniya biznes forum keçirilib YENİLƏNİB
Bu gün Bakıda 14-cü Azərbaycan-Almaniya biznes forum keçirilib. SİA-nın xəbərinə görə, biznes forum Almaniya Federativ Respublikasının Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub. Biznes foruma İqtisadi İnkişaf Nazirliyi ilə yanaşı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyilə təşkil olunub. Tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, mebel istehsalı, logistika və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Hüseyn Paşayev bu gün Bakıda keçirilən 14-cü Azərbaycan-Almaniya biznes forumda çıxışı zamanı deyib ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın dünyanın 140 ölkəsi ilə ticarət dövriyyəsi aparıb. aparılan ticarət dövrüyələri nəticəsində, xarici ölkələrlə ticarət əlaqələrinin məbləği 19,38 mlrd. dollar təşkil edib. Bunun isə idxal həcmi 5,8, ixracın həcmi 14 mlrd. dollar olub. Bu ilin 6 ayında Azərbaycan ilə Almaniya arasında xarici ticarət dövriyyəsi 936 mln. ABŞ dollar təşkil edib.
Almaniyanın Reyland-Pfalz Federal Əyalətinin İqtisadiyyat, Ətraf MühitEnerji xə Xəritəçəkmə Nazirliyinin nümayəndəsi Julia Golombun deyib ki, biznes-forumların keçirilməsi ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verir. Onun sözlərinə görə, Azərbaycan son illər uğurlu nəticələr əldə edib və burada sahibkarlıq fəaliyyəti genişlənməkdədir. Buna görə də Almaniya şirkətlər Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Reyn-Hessen əyalətinin Sənaye-Ticarət Palatasının sədri Harald Auqter isə qeyd edib ki, Almaniyanın Reyn-Hessen əyalətinin Sənaye-Ticarət Palatası Azərbaycanda nümayəndəlik açmaq və ya yerli qurum vasitəsi ilə fəaliyyət göstərmək niyyətindədir.
Tədbir iqtisadi əlaqələrin və əməkdaşlıq perespektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB