"Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin yaradılması" layihəsi üzrə 2012-ci il üçün nəzərdə tutulmuş 23 milyon manat məbləğində dövlət investisiya vəsaitindən hesabat dövründə 3,4 milyon manat istifadə edilib. SİA-ya Nəqliyyat Nazirliyindən verilən məlumata görə, paytaxtda avtobus marşrutlarının təkmilləşdirilməsi və dayanacaqların quraşdırılması ilə bağlı işlər yekunlaşdırılıb.
İlin əvvəlindən başlayaraq Nəqliyyatı İntellektual İdarəetmə Sistemi layihəsi çərçivəsində avtobus informasiya sisteminin yaradılması üçün lazım olan əsas məlumatların hazırlanması ilə əlaqədar müvafiq işlər aparılıb. Bununla yanaşı 3 min 434 sürücü və 2 min 725 nəqliyyat vasitəsi haqqında toplanmış ətraflı məlumatlar, avtobus marşrutlarının son variantının, avtobusların hərəkət cədvəlinin və dayanacaqların siyahısı kodlaşdırılıb. Hazırda avtobus marşrut sxemlərinin təkmilləşdirilməsi və avtobuslarda quraşdırılmış bort avadanlıqlarının tənzimlənməsi ilə bağlı müvafiq işlər davam etdirilir. Nəqliyyat nazirliyindən həmçinin bildirblər ki, bu ilin altı ayında əhaliyə göstərilən sərnişin daşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə respublikaya 200 iritutumlu, 50 orta tutumlu müasir avtobuslar və 785 taksi avtomobili gətirilərək istismara verilib.
Qeyd edək ki, hazırda Bakıda 1416 iri, 1096 orta və 310 kiçik tutumlu avtobus istismar edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB